• şənbə, 20 Aprel, 11:04
  • Baku Bakı 14°C

Hindistan şirkəti "Azəri-Çıraq-Günəşli" layihəsində payına düşən nefti satır

30.05.16 14:53 1397
Hindistan şirkəti "Azəri-Çıraq-Günəşli" layihəsində payına düşən nefti satır
Hindistanın "ONGC Videsh Limited" şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇQ) layihəsində payına düşən nefti satmaq niyyətindədir.

"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu, "ONGC Videsh Limited" şirkəti ilə SOCAR arasında birgə müəssisə yaradılması ilə bağlı imzalanan müqavilədə əksini tapıb.

Müqavilənin detalları açıqlanmır.

"Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları BP (35,78%), ABŞ-ın "Chevron" (11,27%), "ExxonMobil" (8,0006%), Hindistanın "ONGC Videsh Limited" (2,72%), Yaponiyanın "Inpex" (10,96%), "Itochu" (4,3%), SOCAR (11,65%), Norveçin "Statoil" (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.
banner

Oxşar Xəbərlər