Hindistan səfirliyi Quru Nanak Devə həsr olunmuş tədbir təşkil etdi
11.02.19 17:27
745
Hindistanın Bakıdakı səfirliyi mənəvi lider Quru
Nanak Devin anadan olmasının 550 illiyinin qeyd olunması münasibətilə bir il
davam edəcək tədbirlərin tərkib hissəsi olaraq 10 fevral, 2019-cu il tarixində
tədbir təşkil etmişdir. Hindistan höküməti mənəvi lider Şri Quru Nanak Devin
anadan olmasının 550 illiyinin təntənəli və uyğun bir şəkildə qeyd edilməsini
qərara almışdır. Siqh cəmiyyətinin ilk mənəvi lideri olan Quru Nanak Dev sevgi,
bərabərlik, yoldaşlıq və ləyaqətə əsaslanan siyasi, sosial və mənəvi etiqadları
ilə tanınırdı. O, uzaq məsafələrə səyahət edərək əbədi həqiqətdən ibarət olan
və öz yaratdıqlarında yaşayan ‘tək Allah’ in mesajını yaymışdır. Onun əsas
müddəalarını Siqh əlifbası Gurmuxi ilə yazılmış, geniş ayələr toplusu olan
Siqhlərin müqəddəs kitabı Quru Qrant Sahibdə tapmaq olar.
Tədbirdə
Bakıdakı Hind cəmiyyəti, Siqh cəmiyyətindən nümayəndələr, Azərbaycan Dillər Universitetinin tələbələri
və digərləri iştirak etmişdir. Tədbirdə çıxış edənlər mənəvi lider Quru Nanakın
həyatı, onun sevgi, bərabərlik və yoldaşlıq haqqındakı mülahizələri və həmin
fikirlərin nifrət və terrorizmin zərər vurduğu bugünkü dünyaya uyğunluğundan
söhbət açdı.
500
il bundan əvvəl regiona səfər edən Hindistanlı Siqh ziyarətçilər Bakıda
yerləşən məşhur od məbədində (Atəşgah) qalırdı. Beşguşəli Atəşgah tikilisinin
demək olar ki, hər bir qapısının girəcəyində 500 il bundan əvvəl regionu
ziyarət etmiş Hindli və Siqh ziyarətçilər tərəfindən yazılmış Gurmuxi [müqəddəs
Siqh kitabı Quru Qrant Sahibin yazıldığı dil] yazıları vardır.
Mənəvi
lider Quru Nanak Devin anadan olmasının 550 illiyi haqqında Hindistan Höküməti
çoxsaylı qərarlar qəbul etmişdir ki, bu qərarlara Pakistanda yerləşən Darbar
Sahib Kartarpur sitayiş məbədinə Hindistandan zəvvarların gedişini
asanlaşdırmaq üçün Kartarpur Sahib dəhlizinin yaradılması, Ağıllı Şəhər
prinsipləri əsasında Sultanpur Lodhinin irs şəhər kimi tərəqqisi, Birləşmiş
Krallıq və Kanadanın bir universitetində mənəvi lider Şri Quru Nanak Devə aid
mərkəzlərin yaradılması, bu mühüm hadisənin qeyd olunması münasibətilə
Hindistan höküməti tərəfindən xatirə sikkəsi və poçt markalarının buraxılması
və bütün ölkədə dini tədbirlərin təşkili daxildir. Milli televiziya kanalı
Doordarşan mənəvi lider Şri Quru Nanak Dev və Qurubanı haqqında proqramlar
yayımlayacaq, Hindistan Dəmir Yolları zəvvarlar və turistlər üçün mənəvi lider
Şri Quru Nanak Dev ilə əlaqəli müxtəlif müqəddəs yerlərə qatarların hərəkətini
təşkil edəcəkdir.