Hindistan səfirliyi Quru Nanak Devə həsr olunmuş tədbir təşkil etdi

Hindistan səfirliyi Quru Nanak Devə həsr olunmuş tədbir təşkil etdi

Təfsilat
11 Fevral 2019, 17:27 233
Hindistanın Bakıdakı səfirliyi mənəvi lider Quru Nanak Devin anadan olmasının 550 illiyinin qeyd olunması münasibətilə bir il davam edəcək tədbirlərin tərkib hissəsi olaraq 10 fevral, 2019-cu il tarixində tədbir təşkil etmişdir. Hindistan höküməti mənəvi lider Şri Quru Nanak Devin anadan olmasının 550 illiyinin təntənəli və uyğun bir şəkildə qeyd edilməsini qərara almışdır. Siqh cəmiyyətinin ilk mənəvi lideri olan Quru Nanak Dev sevgi, bərabərlik, yoldaşlıq və ləyaqətə əsaslanan siyasi, sosial və mənəvi etiqadları ilə tanınırdı. O, uzaq məsafələrə səyahət edərək əbədi həqiqətdən ibarət olan və öz yaratdıqlarında yaşayan ‘tək Allah’ in mesajını yaymışdır. Onun əsas müddəalarını Siqh əlifbası Gurmuxi ilə yazılmış, geniş ayələr toplusu olan Siqhlərin müqəddəs kitabı Quru Qrant Sahibdə tapmaq olar.
            Tədbirdə Bakıdakı Hind cəmiyyəti, Siqh cəmiyyətindən nümayəndələr,  Azərbaycan Dillər Universitetinin tələbələri və digərləri iştirak etmişdir. Tədbirdə çıxış edənlər mənəvi lider Quru Nanakın həyatı, onun sevgi, bərabərlik və yoldaşlıq haqqındakı mülahizələri və həmin fikirlərin nifrət və terrorizmin zərər vurduğu bugünkü dünyaya uyğunluğundan söhbət açdı.
            500 il bundan əvvəl regiona səfər edən Hindistanlı Siqh ziyarətçilər Bakıda yerləşən məşhur od məbədində (Atəşgah) qalırdı. Beşguşəli Atəşgah tikilisinin demək olar ki, hər bir qapısının girəcəyində 500 il bundan əvvəl regionu ziyarət etmiş Hindli və Siqh ziyarətçilər tərəfindən yazılmış Gurmuxi [müqəddəs Siqh kitabı Quru Qrant Sahibin yazıldığı dil] yazıları vardır.
            Mənəvi lider Quru Nanak Devin anadan olmasının 550 illiyi haqqında Hindistan Höküməti çoxsaylı qərarlar qəbul etmişdir ki, bu qərarlara Pakistanda yerləşən Darbar Sahib Kartarpur sitayiş məbədinə Hindistandan zəvvarların gedişini asanlaşdırmaq üçün Kartarpur Sahib dəhlizinin yaradılması, Ağıllı Şəhər prinsipləri əsasında Sultanpur Lodhinin irs şəhər kimi tərəqqisi, Birləşmiş Krallıq və Kanadanın bir universitetində mənəvi lider Şri Quru Nanak Devə aid mərkəzlərin yaradılması, bu mühüm hadisənin qeyd olunması münasibətilə Hindistan höküməti tərəfindən xatirə sikkəsi və poçt markalarının buraxılması və bütün ölkədə dini tədbirlərin təşkili daxildir. Milli televiziya kanalı Doordarşan mənəvi lider Şri Quru Nanak Dev və Qurubanı haqqında proqramlar yayımlayacaq, Hindistan Dəmir Yolları zəvvarlar və turistlər üçün mənəvi lider Şri Quru Nanak Dev ilə əlaqəli müxtəlif müqəddəs yerlərə qatarların hərəkətini təşkil edəcəkdir.