• cümə axşamı, 25 aprel, 12:29
  • Baku Bakı 23°C

Hindistan prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

22.05.18 21:33 550
Hindistan prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Hindistan prezidenti Ram Nat Kovind Azərbaycan prezidentiİlham Əliyevə məktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını Hindistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə və inkişaf edən ikitərəfli əməkdaşlığa əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu qeyd etməkdən məmnunluq duyuram. Həqiqətən əlamətdar haldır ki, uzunömürlü dostluq münasibətlərimiz illər ərzində bir çox sahələrdə möhkəmlənib və dərinləşib. Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Möhtərəm Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Azərbaycan prezidentini 28 May-Respublika Günü münasibəti ilə həmçinin Norveçin kralı V Harald, İsveçin kralı Karl Qustav və Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrov təbrik ediblər.
banner

Oxşar Xəbərlər