• cümə axşamı, 18 aprel, 12:42
  • Baku Bakı 22°C

Hindistan ordusunda qadınlara yüksək rütbə verilməsinə icazə verildi

20.02.20 09:45 966
Hindistan ordusunda qadınlara yüksək rütbə verilməsinə icazə verildi
Hindistanın Ali Məhkəməsi orduda xidmət edən qadınlara yüksək komandanlıq rütbə və vəzifələrini tutmağa icazə verdi. Daha əvvəl hakimiyyət kəndlərdən hərbi qulluğa çağırılan əsgərlərin mental bağlılıqlarından irəli gələn düşüncələrə görə qadın komandirləri qəbul etməyə hazır olmadıqlarını əsas gətirərək sözügedən qərarın qəbul edilməsinə etiraz edib. Hakimlər bu cür etirazları ayrı-seçkilik və stereotiplərdən qaynaqlanan adlandırıb.
Qərara əsasən qadınlar polkovnik və daha yuxarı rütbələri ala biləcəklər. Məhkəmə hökmü üç ay ərzində icra olunmalıdır.
Ali Məhkəmənin çıxardığı hökm qadın zabitlərin piyada, artilleriya və ya tank korpusları kimi ordu döyüş hissələrində xidmət edəcəklərini ifadə etmir. Ötən il qadın zabitlərin Hindistan ordusunun 10 növündə daimi xidmət göstərmək hüqügu verilib.
banner

Oxşar Xəbərlər