AZE | RUS | ENG |

Hillari Klinton Trampın irqçi baxışlarını pisləyib

Hillari Klinton Trampın irqçi baxışlarını pisləyib
ABŞ-ın sabiq dövlət katibi və hazırki prezident Donald Trampın prezidentlik postuna əsas rəqibi olmuş Hillari Klinton ABŞ liderinin "irqçi baxışlarını” tənqid edib.

"Report"un məlumatına görə, bununla bağlı H. Klinton "Twitter"də yazıb.

«Səkkiz il əvvəl baş vermiş dağıdıçı zəlzələninn ildönümü günü faciəni yada salmaq, dözmkar Haiti xalqını anmaq və ABŞ-ın öz qonşusuna yardım etmək niyyətini göstərmək əvəzinə, biz Trampın ona bənzəməyənlər haqqında savadsız, irqçi baxışlarına dair fikirləri eşitməyə vadarıq”, - deyə H. Klinton qeyd edib.

Qeyd edək ki, D.Tramp immiqrasiya məsələlərinə dair iclasda ABŞ-a Afrika ölkələri, Haiti və Salvadordan gələnlərin "çirkab deşiklər"dən gəldiklərini deyib.

Artıq Haiti hökuməti öz ünvanına səsləndirilən alçaldıcı ifadələrə görə izahat verilməsi üçün ABŞ-ın bu ölkədəki nümayəndəsini aidiyyati quruma çağırıb. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000