• çərşənbə, 24 Aprel, 23:23
  • Baku Bakı 23°C

Hikmət Hacızadə Müsavatdan istefa verdi

18.11.14 09:06 1089
Hikmət Hacızadə Müsavatdan istefa verdi
APA-nın xəbərinə görə, H. Hacızadə partiyanın təşkilat şöbəsinə ünvanladığı ərazidə istefasının səbəbini açıqlayıb: “Yazıb sizə bildirirəm ki, partiyamızda Söz Azadlığının kobud və birtərəfli pozulmasına, fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyasının üzvlüyündən istefa verirəm. Partiyada qalan qəlbən azad və fədakar insanlara mübarizələrində uğurlar arzulayıram”.
Qeyd edək ki, bu gün Müsavat başqanlığına sabiq namizəd Səxavət Əlisoy partiyadan xaric edilib, Əlövsət Talışxanlı isə istefa verib.
banner

Oxşar Xəbərlər