• cümə, 19 Aprel, 15:10
  • Baku Bakı 25°C

“Hikmət Hacızadə Müsavatdakı repressiyaların qurbanı oldu”

18.11.14 11:25 1197
“Hikmət Hacızadə Müsavatdakı repressiyaların qurbanı oldu”
“Hikmət Hacızadə Müsavatda başlayan repressiyaları dayandırmağa cəhd etsə də, özü onun ən böyük qurbanı oldu”.
Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu partiyanın nüfuzlu simalarından olan Hikmət Hacızadənin Müsavatdan istefasına münasibət bildirərkən deyib. O qeyd edib ki, H. Hacızadə söz azadlığının kobud və birtərəfli pozulmasına və fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyası üzvlüyündən istefa verib:
“Müsavatın ən dözümlü, sadə və rasional üzvü, 60 illik şərəfli ömrünün təntənəsi hələ də davam edən, ömrünün yarısından çoxunu demokratiya, azad və müxtəlif fikirlilik uğrunda mübarizəyə sərf edən, böyük və pozitiv şəxsiyyət Hikmət Hacızadə də partiyamızla vidalaşdı. İtirən Müsavat oldu. Bu, çox ağır itkidir. Hələ zaman-zaman bu itkinin ağrısını yaşayanda onun miqyasını dərk edəcəyik və onda Hikmət Hacızadənin yerini də görəcəyik. Hikmət Hacızadə çox nadir şəxsiyyətdir, xoşbəxtlikdən o, Müsavatın payına düşmüşdü. Müsavatı onsuz təsəvvür etmək bizlərə və sayı on minlərlə olan fədakar, sədaqətli müsavatçılara çətin olsa da, əminik ki, o, harada olmasından asılı olmayaraq demokratiya, Azərbaycan amalı uğrunda mübarizəsini davam etdirəcək”.
Q. İbadoğlu tezliklə Müsavatda ədalətin bərpa olunacağına inandığını vurğulayıb: “Repressiyalara son qoyulacaq, heç kim dediyi sözə, ifadə etdiyi fikrə görə cəzalandırılmayacaq. Yetər bəylər və xanımlar, nəticə çıxarın, sonra gec olacaq, ən azı növbəti dəyərlərimizi itirməmək üçün qisasçılıq və intiqam hissindən kənar, soyuq başla qərarlar verin və elə mühit yaradın ki, partiya əvvəlki axarı ilə yoluna davam etsin. Unutmayın ki, bu yol yalnız partiyadaxili demokratiyadan, birlik və həmrəylikdən keçir”.
banner

Oxşar Xəbərlər