AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hikmət Hacıyev:

Hikmət Hacıyev: "Tərtər intensiv atəşə tutulur, artilleriya və raketlərdən istifadə olunur"

Cəmiyyət
26 Oktyabr 2020, 18:59 243

"Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonunu intensiv atəşə tuturlar. Artilleriya və raketlərdən istifadə olunur".
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb. 
O qeyd edib ki, artilleriya və raketlərdən istifadə olunur: "Bu gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılmışdır".