AZE | RUS | ENG |

Hikmət Hacıyev: Rusiyalı həmkarımın şifahi cavabının rəsmi saytda dəyişdirilməsini başa düşə bilmirəm

Hikmət Hacıyev: Rusiyalı həmkarımın şifahi cavabının rəsmi saytda dəyişdirilməsini başa düşə bilmirəm
Mətbuat katibi olaraq Rusiyadan olan həmkarımın hal-hazırda danışıqlar prosesinin əsl mahiyyətinə uyğun peşəkar və diplomatik şifahi cavabının semantik-linqvistik yolla dəyişdirilməsini başa düşə bilmirəm.

Bunu Rusiya xarici işlər nazirliyinin nümayəndəsinin sözlərinin stenoqramının orijinal nitqdən fərqli təqdim olunması ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: "Bu ağılasığan və başa düşülən hal deyildir. Trend agentliyi tərəfindən təqdim olunan videoda açıqlamanın Ermənistan baş nazirinin qondarma rejimin danışıqlar tərəfi olması iddiası kontekstində verildiyi və Ermənistan rəhbərliyinin bu addımının qeyri-konstruktiv adlandırıldığı aydın şəkildə görünür. Rusiya XİN-nin rəsmi saytında mətbuat konfransının stenoqramasında isə zəngin rus dilinin imkanlarından istifadə edilərək verilən cavabın guya Trend-in jurnalistinin sualına aid olduğu yazılır.

Əlavə etmək istərdim ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejiminin danışıqlarda iştirak etməsi barədə Ermənistanın yeni hakimiyyətinin iddiaları tamamilə əsassız, gülünc və qeyri-konstruktivdir. Azərbaycan ərazilərini güc yolu ilə işğal edən və işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu saxlayan dövlət olaraq Ermənistan məsuliyyət daşıyır. Bu beynəlxalq hüquqi məsuliyyət Ermənistanı avtomatik olaraq münaqinin tərəfi edir.

Xarici işlər naziri Elmar Məmmədyarov ilə 15 mayda Parisdə keçirilmiş görüşdə həmsədrlər özləri Ermənistanın bu mövqeyinin əsassız olduğunu bildirmişdilər.

Göründüyü kimi Ermənistanın yeni rəhbərliyi qəbul olunmuş mövcud format və gündəlik əsasında münaqişənin həlli istiqamətində çalışmaq əvəzinə bu kimi əsassız iddialarla danışıqlar prosesini pozmağa və ya iflic etməyə cəhd göstərir".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000