AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hikmət Hacıyev:

Hikmət Hacıyev: "Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik"

Cəmiyyət
23 Oktyabr 2020, 23:39 188

"Xankəndinin bombalanması barədə Ermənistan tərəfinin iddiaları yalandır və böhtandır. Ermənistanın bu kimi yalanları Xankəndidə olan beynəlxalq jurnalistlər tərəfindən də ifşa olunur".

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, hazırda Ermənistan və kriminal xuntanın nümayəndələri tərəfindən Azərbaycanın şəhərlərinin vurulması barədə iddialar səslənir: "Bu döyüş meydanında Ermənistanın məğlubiyyəti və acizliyinin göstəricisidir. Gəncə şəhərinə atdıqları raketdən  sonra döyüş meydanında Ermənistan silahlı qüvvələrinə vurulmuş zərbədən hələ özlərinə gələ bilməyiblər".

H. Hacıyev bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi əgər onlar bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə, onlara döyüş meydanında daha da sərt şəkildə cavab veriləcəkdir.: "Bu xüsusda, Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik".