• cümə, 19 Aprel, 03:30
  • Baku Bakı 18°C

Hikmət Hacıyev: “Diplomatlar köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işləri yüksək qiymətləndirdilər”

11.12.17 15:45 2416
Hikmət Hacıyev: “Diplomatlar köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işləri yüksək qiymətləndirdilər”
"Səfərdə 60-dan çox ölkənin və beynəlxalq təşkilatın səfirləri,nümayəndələri,Avropa İttifaqının,BMT-nin,BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçiləri iştirak edib. Onlarda çox yüksək təəssürat yarandı”.
APA-nın xəbərinə görə, bu sözləriQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayonuna təşkil etdiyi səfərlə bağlı açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, diplomatlar Azərbaycan dövlətinin siyasətində məhz insan amilini və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndiriblər.
banner

Oxşar Xəbərlər