AZE | RUS | ENG |


Hikmət Çətin: Azərbaycanın inkişafından qürur duyuram

Hikmət Çətin: Azərbaycanın inkişafından qürur duyuram
Azərbaycanla Türkiyə bütün sahələrdə bərabər hərəkət edir. Bu, dövlətlərarası münasibətlərin gözəl örnəyi olmaqla yanaşı, həm də iki millətin sıx bağlılığından xəbər verir və hər sahədə inkişafına yol açır. Əgər Dağlıq Qarabağ problemi həllini tapsa, bütün bölgədə inkişafa əlavə imkan yaranar. Lakin təəssüf ki, problem hələ də həll olunmamış qalır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beşinci Qlobal Bakı Forumunda iştirak edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib.

Hikmət Çətin deyib: "1991-ci ildən etibarən Azərbaycana bir çox səfərlərim olub. Ölkənizin bu illər ərzində necə inanılmaz sürətlə inkişaf etdiyinin şəxsən şahidiyəm. Hazırda Bakıda keçirilən qlobal forumlarla Azərbaycan dünya problemlərinin həllinə çox böyük töhfə verir. Bu Forumda da beynəlxalq əlaqələrin gələcək inkişafı, hamımızı maraqlandıran digər bir sıra önəmli məsələlər nüfuzlu liderlərin iştirakı ilə müzakirə olunur. Burada 40-dan çox ölkə başçısı, siyasi xadim iştirak edir. Azərbaycanın bu inkişafından qardaş ölkənin vətəndaşı olaraq qürur duyuram”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.1901
TRY 1 Türk lirəsi 0.4835
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2096
EUR 1 Avro 1.9988
CHF 1 İsveçrə frankı 1.7610
USD 1 ABŞ dolları 1.7008