• cümə, 26 Aprel, 04:48
  • Baku Bakı 16°C

Hikmət Babaoğlu: “Paşinyanı başa salmağın vaxtı çatıb”

08.04.19 12:23 579
Hikmət Babaoğlu: “Paşinyanı başa salmağın vaxtı çatıb”
"Ermənistanın baş naziri Nikol Paşinyanın Madrid prinsiplərini başa düşmədiyini deməsi əslində onu başa düşmək istəmədiyi kimi qiymətləndirilməlidir. Başa düşməyəni başa salmaq mümkündür. Ancaq başa düşmək istəməyini başa salmaq çox çətin olur . Bunun bircə yolu var, o da Azərbaycan xalqının məşhur bir ifadəsində öz əksini tapıb ki, başa düşməyəni necə başa salırlar”.
Bu barədə "Kaspi” qəzetinə açıqlamasında millət vəkili, politoloq Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, Aprel döyüşlərində Azərbaycan ordusu məhz bu zərb-məsəli tətbiq edib və sabiq prezident Serj Sarkisyan yalnız bundan sonra məsələnin nə yerdə olduğunu başa düşərək vəzifədən getməli olub: "İndi görünür Paşinyanı da bu cür başa salmağın vaxtı çatıb. İkinci "aprel həmləsi" olsa Paşinyan dərhal Madrid prinsiplərini də, onun nədən ibarət olduğunu da və necə dəqiq olduğunu dərhal başa düşəcək. Bu gerçəkliyi bildiyi üçün Ermənistan müdafiə naziri David Tanoyan qısa müddət sonra "format dəyişmək” həvəsindən düşdü və sülh istədiyini bildirdi. Hətta arzu etdi ki, Azərbaycan hərbi-siyasi elitası da sülhə hazırlaşsın. Elə biz də sülh istəyirik. Sülhün olması isə daha çox işğalçı Ermənistandan asılıdır. Torpaqlarımızdan çıxıb getsinlər ki, sülh olsun. Əks təqdirdə anlaşmağa çalışan soyadlar dəyişə bilər. Yəni artıq işğalçı Ermənistan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla deyil, müdafiə nazirimiz Zakir Həsənovla anlaşmalı olarlar ki, bu da ermənilər üçün heç arzu olunan deyil. Düşünürəm ki, baş diplomatımız bu sözü yerində deyib və bunun ardınca əməli addımlar olmalıdır. Onada işğalçı Ermənistanın və onun hərbi-siyasi elitasının necə davrandığını hamımız görəcəyik”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər