AZE | RUS | ENG |

Hikmət Babaoğlu: “İstənilən demokratik cəmiyyətin inkişafı məhz xalq-iqtidar birliyindən asılıdır”

Hikmət Babaoğlu: “İstənilən demokratik cəmiyyətin inkişafı məhz xalq-iqtidar birliyindən asılıdır”
"Prezident İlham Əliyev ötən 6 ay ərzində ölkəmizdə və dünyada baş verən mühüm siyasi-iqtisadi hadisələrə qiymət verərək, ümumiləşdirmələr apadı, bundan sonra qarşıda duran məsələlərin həlli yolları ilə bağlı əsas istiqamətləri göstərdi”.

Bu barədəmillət vəkili, politoloq Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, iyulun 8-də Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən və Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına, qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı bir çox məsələlərə münasibətini ifadə edib. Deputatın sözlərinə görə, hər şeydən öncə 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərinə toxunan ölkə rəhbəri bu önəmli hüquqi-siyasi hadisəni və onun nəticələrini Azərbaycan xalqının mövcud siyasi hakimiyyətə və onun həyata keçirdiyi siyasətə dəstəyi kimi qiymətləndirib: "Bu təsbit və qiymətləndirmə Azərbaycan cəmiyyətinin sosial-siyasi reallığını obyektiv şəkildə əks etdirən qiymətləndirmədir. Doğurdan da istənilən demokratik cəmiyyətin inkişafı məhz xalq-iqtidar birliyi formulası ilə uğurlu ola bilər. Bu isə təkcə ölkədaxili inkişafı deyil, eyni zamanda güclü xarici siyasəti də həyata keçirmək üçün mühüm amildir. Xalqın dəstəyi nə qədər çox olarsa siyasi hakimiyyət özünü bir o qədər güclü hiss etməklə, müstəqil və milli maraqlara uyğun siyasət apara bilər”.

Millət vəkili H.Babaoğlu deyib ki, hazırda Azərbaycan güclü dövlət kimi xarici siyasət müstəvisində də öz maraqlarını layiqli şəkildə qoruyur, ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artır. Onun qənaətincə, bu, müasir mürəkkəb beynəlxalq şərtlərdə həm ölkəmizin təhlükəsizliyini təmin edir həm də Dağlıq Qarabağ probleminin həllində mövqelərimizi gücləndirir: "Məhz bu məsələyə diqqət çəkən Prezident İlham Əliyev qeyd etdi ki, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Bu kontekstə cənab Prezident Azərbaycanın qonşu ölkələrlə, eyni zamanda hazırda dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri kimi ABŞ-la, Avropa İttifaqı və beynəlxalq təşkilatlarla əlaqələrinin yüksək səviyyədə olmasını bildirərək bütün bunların ölkəmizin inkişafına və təhlükəsizliyinə töhfə verdiyini bildirdi. Bu strateji qiymətləndirmə və onun yaratdığı siyasi reallıq əslində həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində ölkəmizin lehinə olan şərtləri formalaşdıran faktordur”.

Politoloq H.Babaoğlunun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həllinə toxunana Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanda 20 il ərzində mövcud olan kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğrayıb: "Cənab Prezident dedi ki, bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. O söylədi ki, bu rejimin çökməsində Azərbaycanın da rolu olub. Azərbaycan iqtidarının apardığı siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Azərbaycan Ermənistana qarşı təcrid siyasətin uğurla aparıb. Dövlət başçısı vurğuladı ki, torpaqlarımız işğal altında saxlanıldığı müddətdə Ermənistana qarşı təcrid siyasəti davam etdiriləcək. Bu kontekstə Azərbaycanın inkişafı məsələlərinə diqqət çəkən Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən ordu quruculuğu işlərini, onun son illərdə həyata keçirdiyi mühüm hərbi əməliyyatları çox yüksək qiymətləndirdi. Daha sonra ən mürəkkəb iqtisadi şərtlər içərisində, dünyada baş verən qlobal iqtisadi böhran vəziyyətində belə həyata keçirilən iqtisadi siyasət sayəsində Azərbaycanda iqtisadi inkişaf tempinin davam etdiyini bildirdi. Əlbəttə bütün bunlar Azərbaycan dayanıqlı inkişafı təmin etməklə bərabər, həm də onun beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirir”.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN