• çərşənbə axşamı, 19 mart, 07:35
  • Baku Bakı 8°C

Hikmət Babaoğlu: “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir

17.10.18 16:33 607
Hikmət Babaoğlu: “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir
Bu günlərdə Dünya İqtisadi Forumunun "2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” dərc olunub. Son hesabatda Azərbaycan bir sıra indiqatorlar üzrə öz mövqeyini möhkəmləndirib və irəliyə çıxıb. Yeni metodologiya əsasında müəyyənləşdirilən "Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın bir daha mövqeyini möhkəmləndirməsi onun sosial-iqtisadi inkişafının davamlı və dayanıqlı olmasından xəbər verir. "2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” yeni dövrün ilk hesabatıdır və əvvəlkilərdən fərqli olaraq, 68 yeni indikator daxil edilməklə aparılıbdır. Azərbaycanın bir sıra yüksək göstəricilərə malik indikatorları var. Lakin hazırda yeni metodologiyaya əsasən bunların nəzərə alınmamasına baxmayaraq, ölkəmiz yenə də ön sıralarda qərarlaşıb.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Milli Məclisi deputatı vurğulayıb ki, bütövlükdə, hesabat zamanı 12 sütun indikator üzrə qiymətləndirmələr aparılıb və 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıbdır. Buraya infrastruktur, səhiyyə, informasiya kommunikasiya texnologiyalarının səviyyəsi, əmək bazarı, biznesin dinamikliyi və innovasiya potensialı daxildir. Adları qeyd olunan indikatorlar üzrə Azərbaycanın mövqeyi xüsusi olaraq çəkilir, hətta bir sıra göstəricilər üzrə Azərbaycan birinci yerdədir. Məsələn, elektrik enerjisi ilə təchizatın səviyyəsinə görə Azərbaycan 100 faiz bal toplamaqla, ilk pilləyə yüksəlib. Bu isə mühüm bir göstəricidir.
Eyni zamanda, ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə Azərbaycan lider mövqelərdən birinə yüksələ bilib. Bu, Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir. Bu, o deməkdir ki, intellektual potensialına və qabiliyyətinə uyğun olaraq hər bir Azərbaycan vətəndaşı cəmiyyətin bütün sərvətindən istifadə edə bilir.
H.Babaoğlu qeyd edib ki, bundan başqa, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi göstəricisinə görə 31-ci yerdə qərarlaşıb. Bu, bir daha Azərbaycanda sahibkarlığın və biznesin inkişafı ilə bağlı yaradılmış mühüm iqtisadi islahatlarla əlaqədardır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda hazırkı mərhələdə sosial-iqtisadi inkişaf istiqamətində atılan addımlar strateji baxımdan doğrudur və Azərbaycan iqtisadiyyatı bundan sonrakı mərhələdə də bütün sosial-iqtisadi parametrlər üzrə inkişaf üçün yeni əsaslar yaratmaqla bunu gələcəkdə də təmin edəcəkdir.
banner

Oxşar Xəbərlər