• cümə, 29 Mart, 15:03
  • Baku Bakı 14°C

Hidrometeoroloqlar xəbərdarlıq edib

13.08.13 12:46 1293
Hidrometeoroloqlar xəbərdarlıq edib
Bakı və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında havanın qısa müddət ərzində tutulacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 14-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Həftənin ikinci yarısında ölkə ərazisində temperatur rejiminin yüksələcəyi, maksimal temperaturun aran rayonlarında 35-38 dərəcə isti, bəzi yerlərdə 40 dərəcəyədək isti təşkil edəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında isə 35-38 dərəcə isti olacaq. Gözlənilən anomal isti hava şəraiti ilə əlaqədar gündüz saatlarında günün altında qalmaq məsləhət deyil.
Avqustun 15-dək respublikanın ərazisində isti, aran rayonlarda isə çox isti və yağıntısız hava şəraiti gözlənilir. Belə temperatur rejimi aran rayonlarda pambıq bitkilərinin inkişafı, xüsusilə onlarda qozaların formalaşması, süfrə üzüm növlərinin yetişməsi və digər növlərdə şəkərliliyin artması, çoxillik otların boy atması üçün əlverişli olacaq.
Bilavasitə Naxçıvan Muxtar Respublikası, Mərkəzi-Aran və Lənkəran-Astara bölgəsinin aran rayonlarında gündüz vaxtı havanın temperaturunun artması sadalanan rayonlarda əlavə və dolğun suvarmaların aparılmasına ehtiyac yaradacaq. Gözlənilən əsasən yağıntısız hava şəraiti bağlarda meyvələrin və üzümün bağlarında süfrə üzümünün, bostanlarda tərəvəzin yığımı, çoxillik otların biçini və becərmə işlərin aparılması üçün əlverişli olacaq. Yalnız Böyük və Kiçik Qafqazın bəzi dağlıq və dağətəyi rayonlarında arabir qısamüddətli yağış yağacağı gözlənilir.
banner

Oxşar Xəbərlər