AZE | RUS | ENG |

“Hicab” aksiyasında rəis müavini yaralandı

“Hicab” aksiyasında rəis müavini yaralandı
Qanunsuz aksiyada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini xəsarət alıb

Bu gün bir qrup dindar Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Bakıda keçirilən qanunsuz aksiyada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini xəsarət alıb. APA-nın məlumatına görə, dindarların keçirdiyi aksiyada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırova xəsarət yetirilib. S. Bağırov APA-ya açıqlamasında xəsarətinin ağır olmadığını bildirib. O, qeyd edib ki, artıq aksiya dağıdılıb. Bakıda dindarların keçirdiyi aksiyada 3 polis əməkdaşı isə ağır xəsarət alıb. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, xəstəxanaya ağır xəsarətlə daxil olan 3 polis əməkdaşından 2-si Daxili İşlər Nazirliyinin hospitalına aparılıb. Bir nəfər isə hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır. Qeyd edək ki, bu gün bir qrup dindar Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə plakatlar qaldırıb, şüarlar səsləndiriblər. Hadisə yerinə cəlb olunmuş polislər aksiyanın qarşısını almaq istəyərkən qarşıdurma yaranıb. Toqquşma nəticəsində həm polis, həm də aksiya iştirakçıları arasında xəsarət alanlar olub. Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib, yaralılar xəstəxanaya aparılıb. Aksiyanın qarşı alınıb, aksiya iştirakçıların bir neçəsi saxlanıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən isə APA-ya bildirilib ki, bir qrup şəxs Təhsil Nazirliyinin binası qarşısında qanunsuz aksiya keçirməyə cəhd göstərib, lakin bu cəhdin qarşısı alınıb. “İctimai qaydanı kobud şəkildə pozduğu üçün bir neçə nəfər saxlanıb”, - deyə bölmədən bildirilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917