• şənbə, 20 Aprel, 10:45
  • Baku Bakı 14°C

Heyrətamiz mini qacetlər

14.09.19 09:45 590
Heyrətamiz mini qacetlər
Son illər fitnes-bilərziklər və smart-saatlar sürətlə populyarlaşır. Bu qurğular vaxtı göstərir, nəbzi ölçür, yuxunu təhlil edir və uzun müddət oturaq vəziyyətdə olan istifadəçilərə xatırladır ki, hərəkət edib açılışmağın vaxtı çatıb. Lakin kompakt devayslar arasında elələri də var ki, həqiqətən insanı təəccübləndirir.
AZƏRTAC"Mail.ru”ya istinadla onların ən maraqlılarını təqdim edir.
Daşınan elektronika populyarlaşır
"GlobalData” analitiklərinin fikrincə, daşınan qurğuların satışından gəlir 2023-cü ilə qədər 19 faiz artacaq. 2019-cu ildə bu rəqəm 23 milyard dollar təşkil etməlidir və dörd il ərzində artaraq 54 milyard dollara çatmalıdır.
Yeri gəlmişkən, mini qacetlər getdikcə daha da universallaşır. Məsələn, bahalı smart-saat modelləri mikrofona mətn diktə etməklə mesajlara cavab verməyi mümkün edir. Bəzi modellərdə taxılan sim-kart olur. Bu kartla zəng qəbul edib şəbəkəyə qoşulmaq olar.
Daşınan qurğular qacetlər siyahısında ən populyar qurğulardır. Kompakt devayslar arasında az tanınan, lakin çox maraqlı nüsxələr var.
"Reon Pocket” mini kondisioneri
"Sony” şirkətinin sabiq əməkdaşı tərəfindən yaradılmış "Reon” startapı bu yay daşınan kondisioner təqdim edib. Onu bərkitmək üçün geyimdə xüsusi cib olmalıdır. Aksesuar mobil əlavənin köməyi ilə idarə olunur.
Aparat həm istidə, həm də soyuqda işə yarayır. O, havanı həm istiləşdirir, həm də soyudur. Qurğu kompaktdır – cəmi 85 qramdır. Smartfondan, demək olar, iki dəfə yüngüldür. Qabaritlərinə görə mobil qurğudan təqribən iki dəfə kiçikdir. Daşınan kondisionerin avtonom iş vaxtı 1,5 saatdır. "Reon” qurğunun buraxılışı üçün pul toplayır. Qurğu eksklüziv olaraq Yaponiyada 130 dollara satılacaq.
"Youdao Memobird G4” cib printeri
"Xiaomi” bu ilin avqustunda "Youdao Memobird G4С” kompakt printerini təqdim edib. Onun qabaritləri cəmi 86,8×79,3x39 millimetr, çəkisi smartfonun çəkisi qədər - 165 qramdır. Onu rahat şəkildə cibdə daşımaq olar.
"Youdao Memobird G4” "Bluetooth”la smartfona qoşulur, mobil əlavə vasitəsilə idarə olunur. Qurğu yalnız ağ-qara rəngli fotoşəkillər çap edir. Akkumulyatorun yükü 8 rulon kağızın fasiləsiz çap olunması üçün yetərlidir. Belə qurğunun qiyməti 42 dollardır (71,4 AZN).
"Miniwiz” cib külək dəyirmanı
Mobil qurğunuz boşalıbsa, yanınızda doldurucu qurğu yoxdursa, bu devays sizi vəziyyətdən çıxara bilər. Bunun üçün aparatı küləkli yerdə saxlamalısınız. Əgər yaşıl işıq yansa, deməli, enerji toplama prosesi başlayıb. "Miniwiz”in çatışmazlığı budur ki, onun işləməsi üçün külək lazımdır. Əlacsız qaldıqda onu avtomobilə də bərkitmək olar.
"Epic” lazer klaviaturası
"Epic” kibrit qutusu boyda cib qurğusudur. O, lazerin köməyi ilə klaviaturanı istənilən səthə proyeksiya edir. Bu yolla istifadəçi mətni yüksək sürətlə və rahat şəkildə yığmaq imkanı əldə edir. Klaviaturadan trekpad kimi də istifadə etmək, məsələn, obyektin yerini dəyişdirmək, onu böyütmək və kiçiltmək olar. Klaviatura "Apple”, "Microsoft” və "Blackberry” qacetləri ilə birləşir, qurğuya "Bluetooth”la qoşulur.
"Palm” smartfonu
Bu qurğu zahiri görünüşünə görə smartfonla smart-saatın qarışığıdır. Aparat "Android” əməliyyat sistemində işləyir, interfeysi "Watch OS”a bənzəyir: məsələn, burada qovluqların işarə və adları eyni tərzdə düzülüb.
Bu smartfon vizit kartı boydadır. Ekranının diaqonalı cəmi 3,3 düymdür. Müqayisə üçün deyək ki, ən birinci "iPhone”nun ekranının diaqonalı 3,5 düym olub. İstehsalçı bu qurğunu narahatlıq yaradan böyük aparata alternativ kimi təqdim edib. Məsələn, yüyürmə zamanı onu qoldakı xüsusi sarğıya bərkitmək olar. Qurğunun korpusu "IP68d” standartı üzrə su və tozdan müdafiə olunub. Akkumulyatorun tutumu 800 мilliamper saat, yaddaşı 3+32 giqabayt, prosessoru "Snapdragon 435”dir.
GPS-trekerlər
Bu siyahıda ən köhnə qurğulardır. Aksesuarlar mobil əlavələrin inkişaf etməyə başladığı 2010-cu illərdə populyarlaşıb. Miniatür mayak baqajı izləməyə kömək edir. Qurğunu çamadanın dibinə yerləşdirirlər. O, mobil rabitə və ya GPS-in köməyi ilə smartfonla sinxronlaşır. Qacet baqajın gəlməsi barədə istifadəçini məlumatlandırır və daşınma zamanı təsadüfən itirildikdə onun harada yerləşdiyini müəyyən edir.
GPS-trekerlər baqajı kənar müdaxilədən qoruyur, çünki bu zaman onun fənəri yanmağa başlayır.
Enerji yükü bir neçə aya kifayət edir. Bu qədər vaxt onun tapılması üçün kifayətdir.
banner

Oxşar Xəbərlər