• şənbə, 20 Aprel, 01:28
  • Baku Bakı 15°C

“Heyət ölçüsüz də olmamalıdır”

14.07.17 14:25 1376
“Heyət ölçüsüz də olmamalıdır”
"Real”ın sabiq baş məşqçisi Visente del Boske Xames Rodrigesin icarəyə verilməsinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Del Boske heyətdə çox futbolçunun olmasının da yaxşı hal olmadığını vurğulayıb. O, belə halın futbolçular arasında qeyri-sağlam münasibət yaratdığını vurğulayıb:
"Mən "Real”ın qərarını şərh etməyəcəyəm. Təbii ki, hər bir məşqçi böyük heyətə sahib olmağı istəyir. Ancaq bu heyət ölçüsüz də olmamalıdır. Belə olan halda futbolçular arasında qeyri-sağlam münasibət yaranır”.
"Real” Xames Rodrigesi "Bavariya”ya 2 illik icarəyə verib.
banner

Oxşar Xəbərlər