• cümə, 19 Aprel, 16:24
  • Baku Bakı 25°C

“Heydər” zirvəsinə yürüş təşkil ediləcək - FOTO

02.06.14 15:01 1965
“Heydər” zirvəsinə yürüş təşkil ediləcək - FOTO
İyunun 15-də - Milli Qurtuluş Günündə Murov Ekstremal İdman Klubunun təşkilatçılığı ilə dövlətçiliyin möhkəmləndirilməsi və vətənpərvərliyin təbliği məqsədi ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsinə start veriləcək.
Murov Ekstremal İdman klubunun rəhbəri Emil Vəliyev Teleraf.com-abildirib ki, layihə çərçivəsində 15 iyun 2014 - 15 iyun 2015 tarixləri arasında müxtəlif peşə sahibləri olan gənclərdən ibarət bir qrup həvəskar dağçının Azərbaycan və xarci ölkələrdə yerləşən yüksək dağ zirvələrinə yürüşləri həyata keçiriləcək. Layihə çərcivəsində ilk yürüş 15 İyun 2014 tarixində Şahdağ Milli parkının ərazisində yerləşən Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan “ Heydər ” zirvəsinə olacaqdır.
Bundan əlavə layihə çərçivəsində 2014-cü illin iyun ayı ərzində Böyük Qafqazın Bazardüzü və Bazaryurd zirvələrinə yürüşlər təşkil olunacaqdır. Azərbaycan Respublikası ərazisində yerləşən zirvələrdən başqa Türkiyə, İran, Rusiya, Gürcüstan və Qırğızıstan dövlətləri ərazisində yerləşən zirvələrə də yürüşlər təşkil ediləcək.
Həmçinin qeyd olunmalıdır ki, yürüşlərin həyata keçirilməsi üçün Murov Ekstremal İdman Klubunun nəzdində təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinə - ATU. Onkologiya kafedrasının müəllimi, cərrah, urolıg Vasif İsmayıl və Murov Ekstremal İdman Klubunun rəhbəri - Emil Vəliyev rəhbərlik edir.
Yürüşlərdə 30 nəfərə yaxın həvəskar dağçının iştirakı gözlənilir. Yürüşlərin həyata keçirilməsi üçün təşkilat komitəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə müraciət olunub.

banner

Oxşar Xəbərlər