• cümə, 29 Mart, 17:56
  • Baku Bakı 14°C

Heydər Əliyevin xatirəsi Moldovada anılıb

12.12.17 19:26 4373
Heydər Əliyevin xatirəsi Moldovada anılıb
Bu gün Azərbaycanın Moldovadakı səfirliyində Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
APA-nın Moldova müxbirinin verdiyi məlumata görə, tədbirdə Türkiyənin Moldovadakı səfirliyinin əməkdaşları, Moldovadakı Azərbaycan diasporunun nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər. Öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Qüdsi Osmanov ümummilli lider Heydər Əliyevin Azərbaycan qarşısında böyük xidmətlərindən danışıb. Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində önəmli rolunu qeyd edən səfir, Heydər Əliyevin Azərbaycana ən çətin zamanda rəhbərlik etdiyini, ölkəni tənəzzüldən, böhrandan çıxararaq, inkişaf yoluna qoyduğunu və bütün dünyaya tanıtdığını bildirib.
Q.Osmanov Heydər Əliyevin zəngin irsinin, siyasi kursun bu gün Prezidentİlham Əliyevtərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Türkiyə Respublikasının Moldovadakı Səfiri Hulusi Kılıç çıxışında Heydər Əliyevin türk dünyasının fəxri və böyük oğlu olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycanda işlədiyi zaman məhz Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və bu gün Prezidentİlham Əliyevtərəfindən uğurla davam etdirilən siyasət nəticəsində, Azərbaycanın günü-gündən çiçəklənməsinin və hərtərəfli inkişafının şahidi olub: "Heydər Əliyev aramızda olmasa da, onun fikirləri, irsi və qurduğu dövlət yaşayır, yaşamalıdır".
Moldova Azərbaycan Konqresinin rəhbəri Vüqar Novruzov Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan, Azərbaycan dövlətçiliyinə, ölkənin inkişafına verdiyi töhfələrdən danışıb.
Sonra mərasim iştirakçıları Heydər Əliyevin səfirlik binasında ucaldılan büstü önünə çiçək və əklillər qoyublar.
banner

Oxşar Xəbərlər