• çərşənbə axşamı, 19 mart, 09:07
  • Baku Bakı 8°C

Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu

15.06.19 18:45 552
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
Dünya şöhrətli siyasi xadim və dövlət xadimi Heydər Əliyev təkcə Azərbaycan xalqının ümummilli lideri deyil, həm də türk dünyasının dahisidir.
Bu sözləriAZƏRTAC-a müsahibəsində səfir Hulusi Kılıç söyləyib. O deyib ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu. Qısa zamanda ölkədə inkişaf və quruculuq başladı.
Səfir bildirib ki, Heydər Əliyev kimi şəxsiyyətlər qurub-yaratmaq eşqi ilə yaşayırlar. Dahi şəxsiyyətin gördüyü işlərin bəhrəsi uzun illər Azərbaycanda və Türkiyə özünü göstərəcək. İftixarla deyə bilərik ki, Azərbaycanın uğurlarında Heydər Əliyevin zəngin fəaliyyətinin izi var.
banner

Oxşar Xəbərlər