AZE | RUS | ENG |

Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın təkidli tələbi idi

Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın təkidli tələbi idi
Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın həyatına qızıl hərflərlə yazılıb.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib.

O bildirib ki, bu qayıdışla təkcə ictimai-siyasi, iqtisadi həyatda, beynəlxalq əlaqələrdə deyil, mədəni həyatın bütün sferalarında da əsaslı dönüş yarandı: "Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xalqımızın təkidli tələbi idi. Azərbaycanı bizim şahidi olduğumuz bəlalardan, taleyin sərt sınağından yalnız Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev iradəsi xilas edə bilərdi. Biz məhz bu qayıdışdan sonra ölkənin həyatındakı köklü dəyişikliklərin şahidi olduq. Ümummilli lider Heydər Əliyev bütün sahələrə, o cümlədən mədəniyyət sahəsinə çox böyük qayğı və diqqətlə yanaşıb. O, Azərbaycan teatr xadimlərinin böyük dostu olub, hər zaman onların qayğısına qalıb. Heydər Əliyev teatr premyeralarında şəxsən iştirak edib, səhnə əsərləri haqqında öz fikirlərini bölüşüb, sənətkarların daha gözəl obrazlar yaratması üçün onlara hər cür köməkliyi göstərib. Heydər Əliyev deyirdi ki, teatr müqəddəs yerdir, insanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynayıb. Ulu Öndər teatr sahəsində çalışan insanları fədakar insanlar adlandırırdı. Məhz bu fakt göstərir ki, Ümummilli Liderimiz sənət xadimlərini nə qədər yüksək dəyərləndirirdi”.

Azər Paşa Nemətov əlavə edib ki, Heydər Əliyev teatrların maddi-texniki bazasının möhkəmlənməsi və teatr siyasətinin geniş vüsət alması üçün misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, mədəniyyət və incəsənət nümayəndələri mütəmadi olaraq Ulu Öndər tərəfindən fəxri adlara, yüksək mükafatlara layiq görülüblər və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9338
GEL 1 1 Gürcüstan larisi 0.6127
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1819
CHF 1 1 İsveçrə frankı 1.7394
KWD 1 1 Küveyt dinarı 5.6012
TRY 1 1 Türkiyə lirəsi 0.2945