“Heydər Əliyevin dövlət strategiyası” mövzusunda tədbir keçirilib
Azərbaycan Dillər
Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının və Azərbaycanşünaslıq elmi-tədqiqat
laboratoriyasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində "Heydər
Əliyevin dövlət strategiyası” mövzusunda dəyirmi masa keçirilib.
Qafqazşünaslıq kafedrasının
müdiri, professor Əsgər Zeynalov rəhbərlik etdiyi kafedranın mütəmadi olaraq rəngarəng
mövzulara həsr edilən tədbirlər təşkil etdiyini vurğulayıb. O, dəyirmi masanın "Heydər
Əliyevin dövlət strategiyası” mövzusuna həsr edildiyini bildirərək ümummilli
lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, xalq, dövlət qarşısındakı xidmətləri,
mühüm əhəmiyyət kəsb edən strateji manevrlər və onun fəaliyyətində başlıca yer
tutan azərbaycançılıq ideologiyasından bəhs edib.
Daha sonra Qafqazşünaslıq
kafedrasının dosentləri Şəlalə Bağırova "Heydər Əliyev və Azərbaycançılıq”,
Qorxmaz Mustafayev "Siyasətdə Heydər Əliyev qətiyyəti”, həmin kafedranın baş müəllimi,
tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov isə "Heydər Əliyevin neft
strategiyası” mövzularında çıxış ediblər. Bildirilib ki, XX əsrdə xalqımızın
yetirdiyi nadir şəxsiyyətlərdən biri olan Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra milli dövlət quruculuğu, milli şüurun formalaşması, azərbaycançılıq
ideologiyasının irəli sürülməsi istiqamətində mühüm
addımlar atıb, ölkəmizin maraqlarına xidmət edən qətiyyətli siyasi fəaliyyət
göstərib, düzgün seçilmiş neft strategiyası sayəsində Azərbaycanın böyük neft gəlirlərinə
malik olmasını təmin edib.