• cümə axşamı, 25 aprel, 05:07
  • Baku Bakı 19°C

Heydər Əliyevin 95 illik yubileyi Daxili İşlər Nazirliyində qeyd edilib

10.05.18 14:10 744
Heydər Əliyevin 95 illik yubileyi Daxili İşlər Nazirliyində qeyd edilib
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Daxili İşlər Nazirliyində (DİN) tədbir keçirilib.
DİN-dən Trend-ə verilən məlumata görə, nazir müavini, polis general-leytenantı İsmət Əliyev toplantıda çıxış edərək Ulu Öndərin bütövlükdə Yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində, eyni zamanda, respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə gənc zabitlərə ətraflı məlumat verib.
Nazir müavini bu dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətinin müasirlərimiz və gələcək nəsillər tərəfindən dönə-dönə öyrəniləcəyini, onun hər anının, hər səhifəsinin örnək, əsasını qoyduğu Azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağını qeyd edib, siyasi irsinin, idarəçilik fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini xüsusi vurğulayıb.
Sonda tədbir iştirakçıları Ulu Öndərin hər bir azərbaycanlıya örnək olan, müasir tariximizin ən şanlı və keşməkeşli səhifələrinin yazılmasına şahidlik etmiş möhtəşəm fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.

banner

Oxşar Xəbərlər