• cümə, 19 Aprel, 07:29
  • Baku Bakı 13°C

“Heydər Əliyev və yeni cəmiyyət modeli” - Konfrans

07.05.14 10:46 1295
“Heydər Əliyev və yeni cəmiyyət modeli” - Konfrans
Tədbirdə açılış nitqi ilə çıxış edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, Azərbaycan Heydər Əliyev yolu ilə inkişaf edəcək.
Ə. Əhmədov bildirib ki, Heydər Əliyev yeni Azərbaycan yaradılması uğrunda mübarizə aparıb və bunu cəmiyyətin yeni modelinin yaradılmasından ayrı təsəvvür etmək mümkün deyil: “Yeni cəmiyyət modeli demokratik prinsipləri, tolerantlığı, vətəndaş cəmiyyətini əhatə edir. Eyni zamanda Heydər Əliyevin dünyagörüşündə sosial ədalət fərqli çalarlara malik idi. Sosial ədalət insanların maraqlarının mənəvi, qanun və vətəndaş hüquqları baxımından bərabərliyini nəzərdə tuturdu. Heydər Əliyev birinə qadağan olunan şeyin digəri üçün icazə verilməsini yolverilməz sayırdı ”.
Ə. Əhmədov Heydər Əliyevin mili-mənəvi dəyərlərə xüsusi önəm verdiyini də vurğulayıb: “Azərbaycan cəmiyyəti dünya birliyinin layiqli üzvüdür. Bəşəri dəyərlərlə mili-mənəvi dəyərlərin sintezinə Heydər Əliyev böyük önəm verirdi. Bunun nəticəsində Azərbaycanda yeni uğurlu cəmiyyət modeli qurulub, insanlar rahat yaşayırlar. İnsanların həyatının daim yaxşılaşdırılması bu modelin əsasını təşkil edir. Bu, Azərbaycanın iqtisadi sahədə də uğurlarını şərtləndirir”.
Tədbir davam edir./apa/
banner

Oxşar Xəbərlər