• cümə axşamı, 25 aprel, 16:20
  • Baku Bakı 23°C

“Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda konfrans keçirilib - Fotolar

07.05.18 12:14 751
“Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda konfrans keçirilib - Fotolar
Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.
APA-nın məlumatına görə, şura sədri, deputatAzay Quliyevbildirib ki, Heydər Əliyevin həyat və fəaliyyəti hər bir soydaşımız üçün əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsidir. Onun müstəqil dövlət quruculuğu sahəsində gördüyü işləri təhlil edib geniş kütlələrə çatdırmaq və nəsillərin yaddaşında daim yaşatmaq dövlət əhəmiyyətli strateji məsələdir.
Konfransda prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiriƏli Həsənovçıxış edərək Heydər Əliyevin ölkənin müstəqilliyi uğrunda rolundan danışıb. Ə. Həsənov bildirib ki, Heydər Əliyevin xatirəsi hər bir sağlam ruhlu azərbaycanlının qəlbindədir: "Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərinin başında, ön sırasında onun 1993-cü ildə Azərbaycan dövlətinin xilas edilməsi missiyası dayanır. Hər il qeyd etdiyimiz 15 iyun Milli Qurtuluş Günü onun xilaskarlıq missiyasının başlanğıcı idi. Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi. Ona görə də xalq bu xidməti hər zaman yüksək qiymətləndirir. Azərbaycan dövlətinin xilaskarlıq missiyası məhz Heydər Əliyevin adına yazıldı, onun adına həkk olundu. Bilirsiniz ki, o dövrdə vətəndaş müharibəsi başlamışdı, bunun başında avantürist insanlar dayanırdı. O, 1993-cü azərbaycanlıların birləşdirilməsinə nail olmasaydı, dövlətin gələcəyindən danışmaq olmazdı”.
Ə. Həsənov əlavə edib ki, hazırda Azərbaycanda milli birliyə əsaslanan sabitlik var: "Ümummilli liderimiz hələ Naxçıvanda olarkən ziyalılara çağırış edirdi. O qeyd edirdi ki, xalq birləşməlidir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən biri də xalq birliyə nail olmasıdır. Onun hakimiyyətə ikinci dəfə qayıdışından sonra bütün sahələrdə inkişaf başladı. Ölkədə bazar iqtisadiyyatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev həmişə deyərdi ki, iqtisadiyyatın təməli sağlam qoyulmalıdır, hər bir vətəndaş özünü orada görməlidir. Bu gün ulu öndərimizin siyasi kursunu prezidentİlham Əliyevmüvəffəqiyyətlə davam etdirir. Hazırda Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycan böyük inkişaf dövrünü yaşayır”.
Tədbirdə Heydər Əliyevə həsr olunmuş qısametrajlı sənədli filmin və mahnının təqdimatı olub.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov "Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası: proses və nəticə” mövzusunda məruzə ilə çıxış edib.







banner

Oxşar Xəbərlər