• cümə, 29 Mart, 18:44
  • Baku Bakı 14°C

“Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruсuluğu”

08.06.16 13:35 1172
“Heydər Əliyev və Azərbaycanda  hüquqi dövlət quruсuluğu”
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində "Heydər Əliyev və Azərbaycandahüquqi dövlət quruсuluğu” mövzusunda beynəlxalqelmi-praktikikonfrans keçirilib.
Universitetin mətbuat xidmətindən "Kaspi”yə bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuştədbiri giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə ulu öndərin tarixi xidmətlərindən, ölkəmizin hüquqi dövlət quruculuğu istiqamətində gördüyü işlərdən bəhs edib. BDU-da keçirilən beynəlxalq konfransların əhəmiyyətindən danışan prorektor A.Kazımzadə belə tədbirlərin universitetin beynəlxalq əlaqələrinə, o cümlədən elmin və təhsilin inkişafına müsbət təsirini qeyd edib.

Hüquq fakültəsinin dekanı, professorƏmirƏliyevin konfrans barədə ətraflı məlumatından sonraUkrayna Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vladimir Denisov, Ukrayna Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Oleq Zayçuk, professorlar - Kamil Səlimov, Leonid Timçenko, Yuriy Burilon, Əmir Əliyevin və dosent Turqay Hüseynovun məruzələri dinlənilib.Konfrans öz işini"İnsan hüquqları”, "Dövlət və hüquq nəzəriyyəsi və tarixi, konstitusiya hüququ”,"Beynəlxalq hüquq”, "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası”, "Mülki hüquq, mülki proses və kommersiya hüququ, əmək və ekologiya hüququ” bölmələrində davam etdirib.

Bölmələrdə ümumilikdə 172 məruzə dinlənilib.

banner

Oxşar Xəbərlər