• cümə axşamı, 28 mart, 19:24
  • Baku Bakı 13°C

Heydər Əliyev Sarayında opera və operettalardan ibarət konsert-tamaşa təqdim ediləcək

29.07.17 11:00 1901
Heydər Əliyev Sarayında opera və operettalardan ibarət konsert-tamaşa təqdim ediləcək
Sentyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycan opera və operettalarından ibarət "Əbədi musiqi” adlı konsert-tamaşa təqdim ediləcək.
AZƏRTACxəbər verir ki, konsert-tamaşa Azərbaycan Televiziya və Radiosu, "Mədəniyyət” kanalı, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında keçiriləcək.
Gecədə Xalq artistləri Azər Zeynalov və Samir Cəfərov, Əməkdar artistlər Anar Şuşalı, Aqşin Abdullayev, İnarə Babayeva, Fərid Əliyev, Gülnaz İsmayılova, Fəridə Məmmədova, İlham Nəzərov, müğənnilər İlahə Əfəndiyeva, Fəhmin Əhmədli, Taleh Yəhyayev, Orxan Cəlilov və digərləri çıxış edəcəklər. Solistləri Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovun bədii rəhbərliyi və baş dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edəcək.
banner

Oxşar Xəbərlər