AZE | RUS | ENG |


Heydər Əliyev Sarayında opera və operettalardan ibarət konsert-tamaşa təqdim ediləcək

Heydər Əliyev Sarayında opera və operettalardan ibarət konsert-tamaşa təqdim ediləcək
Sentyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycan opera və operettalarından ibarət "Əbədi musiqi” adlı konsert-tamaşa təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, konsert-tamaşa Azərbaycan Televiziya və Radiosu, "Mədəniyyət” kanalı, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında keçiriləcək.

Gecədə Xalq artistləri Azər Zeynalov və Samir Cəfərov, Əməkdar artistlər Anar Şuşalı, Aqşin Abdullayev, İnarə Babayeva, Fərid Əliyev, Gülnaz İsmayılova, Fəridə Məmmədova, İlham Nəzərov, müğənnilər İlahə Əfəndiyeva, Fəhmin Əhmədli, Taleh Yəhyayev, Orxan Cəlilov və digərləri çıxış edəcəklər. Solistləri Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovun bədii rəhbərliyi və baş dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edəcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001