• cümə, 29 Mart, 09:28
  • Baku Bakı 5°C

Heydər Əliyev Sarayında “Muğam dünyamız” adlı konsert olacaq

09.02.19 18:38 737
Heydər Əliyev Sarayında “Muğam dünyamız” adlı konsert olacaq
Martın 24-də Heydər Əliyev Sarayında Novruz bayramı münasibətilə "Muğam dünyamız” adlı konsert proqramı təqdim olunacaq.
SaraydanAZƏRTAC-a bildirilib ki, gecədə muğam müsabiqələrinin qalibləri Ayşən Mehdiyeva, Sərxan Bünyadzadə, Könül Məmmədli, Ariz Hüseynov, Nisbət Sədrayeva, Babək Quliyev, Sədəf Budaqova, Elgiz Əliyev, Almaxanım Əhmədli, Məhəbbət Səfərov, Qızılgül Babayeva, Mustafa Mustafayev, Gülzar Fərəcova, Ağaşükür Nəsirov və başqaları iştirak edəcək.
Konsertdə xalq mahnıları, muğam və təsniflər səsləndiriləcək.
Biletləri şəhərin kassalarından,www.iticket.azsaytından onlayn və "ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
banner

Oxşar Xəbərlər