• çərşənbə axşamı, 23 aprel, 21:31
  • Baku Bakı 20°C

Heydər Əliyev Sarayında "Mənim Azərbaycanım” konsert proqramı təqdim ediləcək

01.05.17 10:40 1499
Heydər Əliyev Sarayında "Mənim Azərbaycanım” konsert proqramı təqdim ediləcək
IV İslam Həmrəyliyi Oyunları günlərində Heydər Əliyev Sarayında qonaqlara islam və Azərbaycanın zəngin mədəniyyətini əks etdirən müxtəlif konsert proqramları təqdim ediləcək.
Qurumun mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, aprel ayında Bakı Şoppinq Festivalının açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə premyerası keçirilən konsert proqramı yenidən paytaxt sakinləri və xarici qonaqlara təqdim olunacaq: "Obrazlığı, rəngarəngliyi və ifaları böyük maraqla qarşılanan Azərbaycan Dövlət Rəqs Ansamblının "Mənim Azərbaycanım” yeni konsert proqramı və "Koroğlu” bir pərdəli milli baleti mayın 20–də Heydər Əliyev Sarayında baş tutacaq. Konsertin bədii rəhbəri və quruluşçusu Rusiyanın xalq artisti Dikalu Muzakaevdir” .
Saat 19:00–da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.
banner

Oxşar Xəbərlər