• çərşənbə, 24 Aprel, 01:39
  • Baku Bakı 14°C

Heydər Əliyev Sarayında anım mərasimi keçirilib

12.12.18 16:37 690
Heydər Əliyev Sarayında anım mərasimi keçirilib
Bu gün Heydər Əliyev Sarayında Azərbaycan xalqının ümummilli liderinin anım mərasimi keçirilib.
Tədbiri Heydər Əliyev Sarayının direktoru, "Şöhrət” ordenli Əməkdar mədəniyyət işçisi Fərhad Babayev açaraq ulu öndərin şərəfli həyat yolundan, xalqı qarşısındakı misilsiz xidmətlərindən və mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib. O, ulu öndərin müdrik siyasəti və misilsiz xidmətləri nəticəsində respublikamızın qazandığı uğurlarda, dünya birliyində layiqli yer tutmasında, zəngin mədəniyyətimizin bugünkü səviyyəyə yüksəlməsindəki əvəzedilməz rolu haqqında geniş məlumat verib.
Mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad ediblər. Çıxış edənlər ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti, respublikamızın mədəni həyatında etdiyi yeniliklərdən, uğurlu layihələrdən, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən danışıblar.
Tədbirdən sonra Heydər Əliyev Sarayının rəhbərliyi və kollektivi xalqımızın ümummilli liderinin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq, onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçəklər düzüblər.
banner

Oxşar Xəbərlər