• çərşənbə axşamı, 16 aprel, 12:39
  • Baku Bakı 19°C

Heydər Əliyev Sarayı tətil günlərində uşaqları maraqlı proqramla sevindirəcək

07.02.19 09:30 839
Heydər Əliyev Sarayı tətil günlərində uşaqları maraqlı proqramla sevindirəcək
Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili, interaktiv və əyləncəli proqram ilə sevindirəcək.
Heydər Əliyev Sarayından Trend-ə verilən məlumata görə, martın 22-də milli bayramımız Novruz münasibətilə Sarayın səhnəsində "Sehrli Novruz” adlı möhtəşəm bayram şənliyi keçiriləcək.
Hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və Keçəl şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirəcəklər.
Bundan əlavə uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, musiqili qonaqların çıxışını izləyə biləcəklər.
Saat 13:00-da başlayacaq konsertin biletlərinin qiyməti 6-25 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31
banner

Oxşar Xəbərlər