• şənbə, 27 Aprel, 07:30
  • Baku Bakı 12°C

Heydər Əliyev prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

26.04.18 13:30 423
Heydər Əliyev prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakı şəhərində Heydər Əliyev prospektinin bir hissəsində aprel ayının 26-dan 27-nə keçən gecə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə "APA-Economics"ə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.
Məhdudlaşdırma Heydər Əliyev prospektinin "Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə bağlıdır.
"Məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq. Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
banner

Oxşar Xəbərlər