• çərşənbə axşamı, 23 aprel, 15:29
  • Baku Bakı 24°C

“Heydər Əliyev olmasaydı, Azərbaycan parçalanacaqdı”

16.12.13 09:29 1372
“Heydər Əliyev olmasaydı, Azərbaycan parçalanacaqdı”
Bi fikirləri APA-ya müsahibəsində Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib.
O, qeyd edib ki, ümummilli lider olmasaydı, müxtəlif qruplaşmalar Azərbaycanı parçalayacaqdı: “Azərbaycanın bir hissəsi Şərqə, bir hissəsi Qərbə, bir hissəsi Şimala, bir hissəsi də Cənuba parçalanacaqdı. Müstəqil Azərbaycan, bugünkü Azərbaycan olmayacaqdı. Allah böyük, Azərbaycan xalqı müdrik xalqdır. Azərbaycan xalqının münbit torpaqları, yaradıcı insanları, Füzulisi, Nizamisi var. Azərbaycanda Vaqif, Vidadi nəsli yaşayır. Səməd Vurğun nəsli yaşayır. Azərbaycan elə-belə Azərbaycan deyil. Bu xalqın möhtəşəm bir dövlət kimi yaşamağa haqqı var. Azərbaycan dünyada tanınır, Avropada tanınır, okeanın o tayında tanınır, Şərqdə tanınır, Afrikada tanınır. Dünyanın bütün qitələrində Azərbaycan insanı var, Azərbaycan sözü var. Azərbaycan məfhumu var. Azərbaycan mədəniyyəti, Azərbaycan incəsənəti bizim hörmətli prezidentimizin rəhbərliyi sayəsində, onun hamı tərəfindən sevilən xanımının fəaliyyəti, Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində artıq daha geniş miqyasda tanınır. Azərbaycan var, yaşayır, əbədi olaraq yaşayacaq”.
banner

Oxşar Xəbərlər