• cümə axşamı, 25 aprel, 18:19
  • Baku Bakı 21°C

Heydər Əliyev Mərkəzinin parkındakı konsert ləğv olunub

09.05.19 15:30 691
Heydər Əliyev Mərkəzinin parkındakı konsert ləğv olunub
Bu gün Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək konsert proqramı Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun xatirəsinə ehtiram əlaməti olaraq ləğv edilib.
Bu barədə Trend-ə Heydər Əliyev Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, Xalq artisti, Əməkdar incəsənət xadimi Arif Məlikov bu gün vəfat edib.
Arif Məlikov Azərbaycan musiqi mədəniyyətində mühüm rol oynamış görkəmli şəxsiyyətlərdən biridir. O, müxtəlif janrlarda əsərlər - balet və simfoniyalar, monumental vokal-orkestr əsərləri, kamera-instrumental əsərlər, kino və dram tamaşalarına musiqi, romans və mahnılar, fortepiano silsilələri, operettalar müəllifidir.
Bəstəkarın "Məhəbbət əfsanəsi” baleti dünyanın əksər tanınmış teatrlarının səhnələrində tamaşaya qoyulub.
Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.
banner

Oxşar Xəbərlər