• şənbə, 20 Aprel, 02:42
  • Baku Bakı 15°C

Heydər Əliyev Mərkəzinin fotosu “İlin ən yaxşı foto”su seçilib

05.01.18 19:40 888
Heydər Əliyev Mərkəzinin fotosu “İlin ən yaxşı foto”su seçilib
Peşəkar gürcü fotoqraf Nino İnadzenin çəkdiyiHeydər Əliyev Mərkəzinin fotosu Avropa Fotoqrafları Federasiyası (FEP) tərəfindən ötən 2017-ci ilin ən yaxşı fotosu kimi qiymətləndirilib.
FotoqrafAPA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, həmin foto FEP-in rəsmi "Facebook” səhifəsində keçirilmiş müsabiqədə 12 foto arasında 1800-dən çox "bəyənmə” toplayaraq, 2017-ci ilin ən yaxşı örtük şəkli adına layiq görülüb.
Gürcüstanın Fotoqraflar Assosiasiyasının üzvü olan N. İnadzeHeydər Əliyev Mərkəzinin fotosunu ötən ilin may ayında Bakıda olarkən çəkib. O, həmçinin Gürcüstanın Fəal Azərbaycanlı Qadınları Assosiasiyasının üzvüdür.
banner

Oxşar Xəbərlər