AZE | RUS | ENG |

Heydər Əliyev Mərkəzinin fotosu “İlin ən yaxşı foto”su seçilib

Heydər Əliyev Mərkəzinin fotosu “İlin ən yaxşı foto”su seçilib
Peşəkar gürcü fotoqraf Nino İnadzenin çəkdiyi Heydər Əliyev Mərkəzinin fotosu Avropa Fotoqrafları Federasiyası (FEP) tərəfindən ötən 2017-ci ilin ən yaxşı fotosu kimi qiymətləndirilib. 
 
Fotoqraf APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, həmin foto FEP-in rəsmi "Facebook” səhifəsində keçirilmiş müsabiqədə 12 foto arasında 1800-dən çox "bəyənmə” toplayaraq, 2017-ci ilin ən yaxşı örtük şəkli adına layiq görülüb. 
 
Gürcüstanın Fotoqraflar Assosiasiyasının üzvü olan N. İnadze Heydər Əliyev Mərkəzinin fotosunu ötən ilin may ayında Bakıda olarkən çəkib. O, həmçinin Gürcüstanın Fəal Azərbaycanlı Qadınları Assosiasiyasının üzvüdür. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN