AZE | RUS | ENG |

Heydər Əliyev Mərkəzinin Əsasnaməsi təsdiqləndi

Heydər Əliyev Mərkəzinin Əsasnaməsi təsdiqləndi
Mərkəz bilavasitə Azərbaycan Prezidentinə tabe olan və onun qarşısında hesabat verən dövlət qurumudur

Azərbaycan prezidenti İlham Əliyev “Heydər Əliyev Mərkəzinin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

2013-cü il və növbəti illərdə dövlət büdcəsinin layihəsində Heydər Əliyev Mərkəzinin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrıca sətirlə müvafiq vəsaitin nəzərdə tutulması da təmin ediləcək.

Əsasnamədə göstərilib ki, Mərkəz bilavasitə Azərbaycan Prezidentinə tabe olan və onun qarşısında hesabat verən dövlət qurumudur.

Mərkəz fəaliyyətində Azərbaycan Konstitusiyasını, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, ölkə qanunlarını, prezidentin fərman və sərəncamlarınını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, həmçinin Əsasnaməsini rəhbər tutur.

Təşkilat digər dövlət orqanlarının məxsus olduğu imtiyaz və səlahiyyətləri malikdir. Mərkəz yerli, xarici və beynəlxalq təşkilatlarla, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək.

Mərkəzin fəaliyyət istiqaməti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı tarixi əşyaların və maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişi və təbliğidir. Həmçinin Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, irsinin dərindən öyrənilməsi, tədqiqi, geniş təbliği, qorunub saxlanılması və hərtərəfli inkişaf etdirilməsi, bunun dövlət siyasətinin ayrı-ayrı sahələrində tətbiqi də Mərkəzin fəaliyyət istiqamətlərinə daxildir.

Mərkəz eyni zamanda Azərbaycan tarixi, mədəniyyəti, dili və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliğində, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi və onların inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsində iştirak edəcək, yerli, regional və beynəlxalq tədbirləri keçirəcək.

Əsasnaməyə görə, mərkəzin daim yenilənən informasiya resursu yaradılacaq və fəaliyyət planı hazırlanacaq.

Əsasnamə Mərkəzə fəaliyyət istiqamətlərinə uyğun müxtəlif mükafatlar, fəxri adlar və təltiflər təsis etmək, nəşrlər buraxmaq, habelə kütləvi informasiya vasitələri təsis etmək hüququ verir. Eyni zamanda Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq konfrans, simpozium, muzey, sərgi, ekspozisiya və digər tədbirlər təşkil edilə bilər.

Sənəd həmçinin Mərkəzin vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi məqsədilə qrantlar, ianələr və digər əvəzsiz köçürmələri almaq, qrantlar, ianələr və təqaüdlər təsis etmək hüququ da tanıyır.

Mərkəz fəaliyyətinə aid olan məsələlərə dair müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə biləcək.

Mərkəz öz fəaliyyətini aparatı və tabeliyində olan qurumları vasitəsilə həyata keçirəcək. Mərkəzin aparatının işçilərinin say həddi 154 ştat vahidi müəyyən edilib. Mərkəzin fəaliyyətinə Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən direktor rəhbərlik edir. Eyni zamanda direktorun birinci müavini və bir müavinini də prezident vəzifəyə təyin edir.

Mərkəzdə direktordan (Direktorlar Şurasının sədri), direktorun müavinlərindən, struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbərlərindən ibarət Direktorlar Şurası yaradılır. Direktorlar Şurasının üzvlərinin sayı və tərkibi direktor tərəfindən müəyyən olunur.

Mərkəzin əmlakı ona təhkim edilmiş dövlət əmlakından, dövlət büdcəsindən məqsədli təyinatla ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, qanunvericiliklə nəzərdə tutulan digər mənbələrdən daxil olan vəsaitlərdən ibarətdir.

Mərkəz öz vəzifələrini yerinə yetirmək məqsədi ilə büdcədənkənar vəsaitləri, hüquqi və fiziki şəxslərin, o cümlədən xarici hüquqi və fiziki şəxslərin, beynəlxalq təşkilatların qrant və ianələrini istifadə etməklə xüsusi fondlar yaratmaq və onlardan istifadə etmək hüququna malikdir.

Mərkəz Azərbaycanda və xarici ölkələrdə nümayəndəliklər təsis edə bilər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi


Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219