AZE | RUS | ENG |

Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu” mərasimi keçirilib - Fotolar

Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu” mərasimi keçirilib - Fotolar
İyunun 4-də Heydər Əliyev Mərkəzində "SABAH-ın məzunu” mərasimi keçirilib.
 
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib. Əvvəlcə Leyla Əliyeva "Mən SABAHAM” adlı sərgi ilə tanış olub. Sərgidə gənclər Leyla Əliyeva ilə öz innovativ ideyalarını bölüşüblər.
 
"SABAH-ın məzunu” mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra SABAH qrupları ilə bağlı videoçarx nümayiş olunub. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, xanım Mehriban Əliyevanın SABAH-ın məzunlarına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda SABAH-ın ilk məzunlarına uğurlar arzulayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ölkəmizin sürətlə qloballaşan dünyaya inteqrasiyasında təhsilli gənclərin üzərinə böyük missiya düşdüyünü qeyd edib. SABAH könüllülərinin ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdəki roluna da toxunan Birinci vitse-prezident könüllülüyün, yardımsevərliyin vacib vətəndaş keyfiyyətləri olduğunu vurğulayıb.
 
Daha sonra SABAH-ın məzunları – Bakı Dövlət Universitetinin tələbəsi Günay İmanzadə və Azərbaycan Texniki Universitetinin tələbəsi Şahin Xəlilov SABAH qruplarında peşəkar müəllimlərdən aldıqları təhsildən danışıb, SABAH-ın yaratdığı imkanlar, qazandıqları bilik və təcrübənin gələcək karyeralarında mühüm rol oynayacağını bildiriblər.
 
Təhsil naziri Mikayıl Cabbarov tədbirdə çıxış edərək SABAH qruplarının ilk məzun mərasiminin məhz ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə keçirilməsinin rəmzi məna daşıdığını bildirib. Nazir vurğulayıb ki, savadlı, bacarıqlı və hazırlıqlı gənclər ölkəmizin gələcəyini təmsil edirlər. Məhz bunun üçün də təhsil prosesində daha zəngin və tələbkar akademik proqram tətbiq olunub. Mikayıl Cabbarov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətəqabil, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Təhsil naziri Birinci vitse-prezidentin müraciətinin təhsilə və gənclərə diqqət və qayğısının daha bir təzahürü olduğunu qeyd edib. SABAH-ın əsas məqsədinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən M.Cabbarov bu qrupların gənclər üçün yaratdığı imkanlardan danışıb. Çıxışının sonunda SABAH-ın məzunlarını təbrik edən təhsil naziri onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir. SABAH qruplarının professor-müəllim heyəti, ümumilikdə, 650 nəfərə yaxın olmaqla, ali təhsil müəssisələrinin seçilmiş müəllimləri, Kanada və İngiltərədən dəvət olunmuş dil daşıyıcıları, həmçinin Azərbaycandakı yerli və xarici şirkətlərdə çalışan peşəkarlardan təşkil edilib.








Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163