AZE | RUS | ENG |

Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib

Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib
Heydər Əliyev Mərkəzinin parkında ənənəvi olaraq təşkil edilən "Oxu günü” keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, "Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Gənclər Fondunun və "Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşıb. "Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən "Oxu günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasıdır. Tədbirdə paytaxtın müxtəlif ümumtəhsil məktəblərinin və liseylərinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri, interaktiv yarışlar keçirilib. Üç saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin iştirakı ilə musiqili proqram təqdim olunub. Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisində nəşriyyat və kitabxanalar öz stendlərində müxtəlif nəşrləri nümayiş etdiriblər. Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Beynəlxalq Oxu Günü ərəfəsində Bakı məktəblərinin iştirakı ilə keçirilən bu tədbir kitaba bağlılığı artırmağa yönəlib və mütaliə mədəniyyətinin formalaşmasına öz töhfəsini verəcək. Təhsil Nazirliyi il ərzində bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. C.Bayramov qeyd edib ki, əsas məqsəd müxtəlif üsullarla, fərqli yollarla uşaqlara kitab oxumağın üstünlüklərini aşılamaqdır. Çünki şagirdlərimizin şəxsiyyət kimi formalaşmasında, onların dünyagörüşünün artırılmasında mütaliə əvəzsiz rol oynayır. Nazir belə tədbirlərin davamlı şəkildə təşkil olunmasının vacibliyini vurğulayıb. Xatırladaq ki, 1996-cı il aprelin 23-dən dünyada, 1997-ci ildən isə Azərbaycanda Ümumdünya Kitab və Müəllif Hüquqları Günü qeyd olunur. Bu barədə qərar 1995-ci ildə Parisdə, UNESCO-nun baş konfransında qəbul edilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805