• cümə axşamı, 28 mart, 17:38
  • Baku Bakı 16°C

Heydər Əliyev Mərkəzində fotoqraf Teo Allofsun sərgisi açılıb

22.10.16 13:51 1159
Heydər Əliyev Mərkəzində fotoqraf Teo Allofsun sərgisi açılıb
Heydər Əliyev Mərkəzində məşhur almaniyalı fotoqraf Teo Allofsun "Ram edilməmiş Afrika” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib. MərkəzdənAPA-ya verilən məlumata görə, tədbirdə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli bildirib ki, ətraf mühiti və təbiəti təsvir edən bu sərgidə T. Allofsun 20 il ərzində Afrikada çəkdiyi, bu qitənin flora və faunasının zənginliklərini əks etdirən 29 fotosu yer alıb.

Almaniyalı fotoqraf sərginin təşkil olunmasında Heydər Əliyev Fondunun dəstəyini vurğulayan T. Allofs Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib.

Təqdim edilən fotokolleksiya Teo Allofsun Afrikanın ram edilməmiş, vəhşi təbiətinə sevgisini göstərir. Fotoqraf Cənubi Afrika, xüsusilə də Namib səhrası və Botsvanadakı Okavanqo çayının deltasına çoxsaylı səyahətlər edərək şəkillər çəkib, bu yaxınlarda layihəsini Şərqi Afrikayadək genişləndirib və Böyük Rift Dərəsinə xüsusi diqqət ayırıb. Teo Allofs 6 il əvvəl paraplanda uçmağı öyrənib və o vaxtdan bəri bu nəqliyyat vasitəsindən istifadə edərək səmadan fotolar çəkir.
banner

Oxşar Xəbərlər