• şənbə, 20 Aprel, 00:50
  • Baku Bakı 15°C

Heydər Əliyev Koreyada anılıb

12.12.17 10:35 2133
Heydər Əliyev Koreyada anılıb
Azərbaycanın Koreya Respublikasındakı səfirliyində Koreyada yaşayan azərbaycanlıların iştirakı ilə Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə anım mərasimi keçirilib.

SəfirlikdənAPA-ya verilən məlumata görə, öncə Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, sonra Heydər Əliyevin həyat yoluna, "Azərbaycançılıq” ideyasına həsr olunmuş film nümayiş etdirilib.

Mərasimdə çıxış edən səfir Rəmzi Teymurov Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində önəmli yeri barədə məlumat verib. O, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin çox çətin bir dövrdə ölkəyə rəhbərlik etdiyini vurğulayaraq, yenicə əldə etdiyimiz müstəqilliyi itirmək təhlükəsilə üzləşdiyimiz dövrdə, xalqın çağırışına biganə qala bilməyən Heydər Əliyevin Naxçıvandan Bakıya gəldiyini və qısa zamanda ölkədəki hərc-mərcliyə, özbaşınalığa, hakimiyyətsizliyə son qoyduğunu, Azərbaycanı bütün sahələrdə inkişaf etdirməklə ölkəni bütün dünyaya tanıtdırmağa nail olduğunu bildirib. O, Azərbaycanın uğurlu xarici və daxili siyasətinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu və onun qoyduğu mirasın prezidentİlham Əliyevtərəfindən uğurla davam etdirildiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə iştirak edən Koreyanın Busan Dövlət Universitetinin biologiya elmləri üzrə professoru İsmayıl Zülfüqarov Heydər Əliyevin həyat yolundan, onun Azərbaycan dövlətçiliyinə, mədəniyyətinə, iqtisadiyyatına verdiyi töhfələrdən danışıb.

Digər tədbir iştirakçıları da Heydər Əliyev barədə fikirlərini bölüşüblər.







banner

Oxşar Xəbərlər