• şənbə, 27 Aprel, 01:06
  • Baku Bakı 14°C

Əli Həsənov: “Heydər Əliyev sübut etdi ki, o, doğrudan da, Azərbaycanda olmalı idi”

19.01.17 20:21 2185
Əli Həsənov: “Heydər Əliyev sübut etdi ki, o, doğrudan da, Azərbaycanda olmalı idi”
Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə "Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə MŞ sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, media nümayəndələri, millət vəkilləri iştirak ediblər.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ə.Amaşov 27 il əvvəl sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar barədə danışıb. O xatırladıb ki, 1990-cı il yanvarın 20-də Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladılıb, "Azərbaycan” nəşriyyatı fəaliyyət göstərməyib: "Azərbaycan xalqı o vaxt təklənmişdi. Bakıda baş verən qırğın haqda ilk haqq səsi Moskvadan gəldi. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada mətbuat konfransı təşkil edərək20 Yanvarfaciəsinin təşkilatçılarına kəskin etirazını bildirdi, hadisəyə ilk dəfə siyasi qiymət verdi. Nəticədə20 Yanvarfaciəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı”.
O, "Bir mətbuat konfransının tarixi” sənədli filminin 27 il əvvəl Heydər Əliyevin Moskvada keçirdiyi mətbuat konfransına həsr olunduğunu söyləyərək qeyd edib ki, sənədli filmin məsləhətçisi Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professorƏli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işi "Qulp studio” tərəfindən hazırlanıb.
Daha sonra "Bir mətbuat konfransının tarixi” sənədli filmi nümayiş olunub.
Əli Həsənovfilmdə bildirib ki, o zaman20 Yanvarhadisəsinə faktiki olaraq siyasi qiymət verilməmişdi: "Rusiya mətbuatında qeyd olunurdu ki, guya bir qrup ekstremist Bakıda yaşayan ermənilərə divan tutmaq istəyirmiş, Sovet ordusu da gəlib onları xilas edib, Bakıdakı ekstremistləri dağıdıb. Bu belə dəyərləndirilirdi. Amma faktiki olaraq biz hadisələrin əhatə dairəsini, Bakıda baş verənlərin mahiyyətini yaxşı bilirdik. Əlbəttə, həqiqəti yalnız Qərb mətbuatından aldığımız məlumatlar əsasında müəyyən edir, Heydər Əliyevin proseslərə münasibətindən öyrənirdik”.
"Moskvada bir qrup hazırlanmış adamlar Heydər Əliyevin keçirdiyi mətbuat konfransı zamanı ona söz deyəndə, biz tələbələr həmin o adamlara qarşı ciddi etiraz etmək istədik. Amma Heydər Əliyev bizi sakitləşdirdi, dedi ki, dəyməyin, işiniz olmasın. Gülümsəyərək üzünü zala tutub dedi ki, mən20 Yanvarfaciəsinə qiymətimi verirəm. Kim bunu necə dəyərləndirir, özü bilər. Burada verilən suallara da mən cavab verirəm. Heydər Əliyevin topu-tüfəngi, ordusu yox idi. Onun səlahiyyəti, hakimiyyəti yox idi ki, bu hadisəni, vəhşiliyi törədənlərə qarşı tədbir görsün. Onun bir səsi, iradəsi və milli ruhu var idi. O, milli əhval-ruhiyə, milli iradəyə arxalanaraq insanlara sözünü çatdırdı, hadisələrə qiymət verdi. Faktiki olaraq Azərbaycan xalqının kortəbii anti-Moskva hərəkatına bir sistemlilik gətirdi. Onun düşünülmüş fəaliyyəti milli azadlıq hərəkatını hədəfləri bəlli olan bir hərəkata çevirdi. Bu onun tarixi xidmətidir və onun adına həkk olunmuş xidməti biz hər zaman xatırlayacağıq”, - deyəƏli Həsənovfilmdə bildirir.
PA rəsmisi qeyd edir ki, 1990-cı ildə təqiblər başlayandan sonra Heydər Əliyev Bakıya gələndə onu müşayiət edən iki adamdan biri olub: "Moskva Dövlət Universitetinin aspirantı kimi mən də onu Bakıya və buradakı təqiblərdən sonra Naxçıvana qədər müşayiət etmişəm. Faktiki olaraq Heydər Əliyevin proqramında, niyyətində, məqsədində yenidən siyasətə qayıdış yox idi. Heydər Əliyev ehtiyacdan Azərbaycanda hakimiyyətə gəldi və sübut etdi ki, o doğrudan da Azərbaycanda olmalı idi. Müstəqil Azərbaycan dövlətinin o çətin günlərində ona məhz belə bir müdrik, siyasətin bütün çalarlarını bilən adam lazım idi”.
Film barədə çıxış edən millət vəkiliMusa Qasımlıdeyib ki, filmdə hər şey canlıdır və çox uğurlu alınıb: "Əlbəttə, biz heç birimiz istəməzdik ki, xalqımızın tarixində belə bir gün olsun. Lakin biz tarixi dəyişdirə bilmərik. Mən çox istərdim ki, film müxtəlif dillərə tərcümə olunsun və yerli telekanallarda nümayiş etdirilsin”.
Tədbir müzakirələrlə davam etdirilib.

banner

Oxşar Xəbərlər