AZE | RUS | ENG |

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Müftilər Şurası tərəfindən Moskvadakı "Poklonnaya qora”da qurulmuş "Ramazan çadırı”nda "Azərbaycan Günü” təşkil edilib və iftar süfrəsi açılıb.
İftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi Müqəddəs Qurani-Kərimdən ayələr oxuyub, axşam duası verib.
Tədbirdə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000-ə yaxln müsəlman iştirak edib. Gecədə "İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov, "Əhli-beyt” dini təşkilatının sədri Nizami Baloğlanov çıxış edərək iftar süfrəsinin təşkilinə görə tədbir iştirakçıları adından Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür ediblər. Onlar qeyd ediblər ki, "Poklonnaya qora”da "Ramazan çadırı” təşkil edilməsi artıq ənənəyə çevrilib və müsəlmanlar üçün bu mühüm tədbirdə Azərbaycan, Heydər Əliyev Fondu hər il iştirak edir.
Tədbirin aparıcısı Rusiya Müftilər Şurası adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, habelə "Ramazan çadırı-2019” tədbirinə təşkilati, yaradıcı və mənəvi töhfəyə görə Fondun nümayəndəsi Ayan Həsənovaya təşəkkürnamə təqdim edib.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev bütün müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib, "Ramazan çadırı”nın təşkilinə görə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və Moskva Müsəlmanları Ruhani İdarəsinə təşəkkürünü bildirib.
"Zəkat” Fondunun rəhbəri Rifat İzmayılov xeyriyyəçiliyin vacibliyi barədə çıxış edərək deyib: "Biz, dindarlar xeyriyyəçilik trendi yaratmalıyıq. Ona görə ki, "xeyriyyəçilik” anlayışını başqalarına sirayət etməklə biz dünyanı daha da yaxşılaşdırır, onu daha xeyirxah edirik. Heydər Əliyev Fondu da, digər xeyriyyə fondları da buna çalışır, yaxşılıq etməyin asan olmasını şəxsi nümunələrində göstərirlər”.

Sonra müsəlmanlar iftarlarını açıb, Azərbaycan milli mətbəxinin yeməklərini və şirniyyatını dadıblar.
İftarda Heydər Əliyev Fondunun 15 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə "Bakı” ansamblının və müğənni Samir Salamın ifasında Azərbaycan milli musiqisi səslənib. "İman” müsəlman məktəbinin şagirdləri Ramazan ayına həsr edilmiş səhnələşdirilmiş proqram təqdim ediblər.
Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan "Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, Moskvada yaşayan və islam dininə etiqad bəsləyən çoxsaylı xalqların nümayəndələrini birləşdirmək naminə həyata keçirilir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar təşkil edir.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779