• cümə axşamı, 28 mart, 21:08
  • Baku Bakı 13°C

Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir

15.09.20 14:15 883
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir.
Qeyd edək ki, Heydər Əliyev Fondu fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr və proqramlar icra etməklə təhsilin inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsinə də öz dəstəyini əsirgəmir.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu tədris ilində 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilir:
1. Bakı şəhəri, Zirə qəsəbəsi, 2 saylı uşaq bağçası, 80 yerlik
2. Bakı şəhəri, Zirə qəsəbəsi, 122 saylı tam orta məktəb, 100 şagird yerlik
3. Bakı şəhəri, Binə qəsəbəsi, 218 saylı körpələr evi-uşaq bağçası, 80 yerlik
4. Bakı şəhəri, Qala qəsəbəsi, 216 saylı tam orta məktəb, 624 şagird yerlik
5. Bakı şəhəri, Şağan qəsəbəsi, 212 saylı uşaq bağçası, 80 yerlik
6. Bakı şəhəri V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbi
7. Bakı şəhəri "Qobu park-3” yaşayış kompleksində Füzuli rayonu 4 saylı tam orta məktəb, 960 şagird yerlik
8. Bakı şəhəri "Qobu park-3” yaşayış kompleksində uşaq bağçası, 280 yerlik
9. Gəncə şəhər İdman Liseyi, 360 şagird yerlik
10. Samux rayonu Sərkar kənd tam orta məktəbi, 800 şagird yerlik
11. Samux rayonu Sərkar kənd körpələr evi-uşaq bağçası, 100 yerlik
12. Samux rayonu İ.Nəsimi adına Ziyadlı kənd tam orta məktəbi, 523 şagird yerlik
13. Samux rayonu Ziyadlı kənd körpələr evi-uşaq bağçası, 60 yerlik
14. Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbi, 624 şagird yerlik
15. Lənkəran rayonu V.Hüseynov adına Nərimanabad qəsəbə tam orta məktəbi, 420 şagird yerlik
16. Lənkəran rayonu C.Əzimov adına Viravul kənd tam orta məktəbi, 360 şagird yerlik
17. Lerik rayonu M.Qafarov adına Siyov kənd tam orta məktəbi, 132 şagird yerlik
18. Lerik rayonu Piran kənd körpələr evi-uşaq bağçası, 60 yerlik
19. Astara rayonu Ərçivan qəsəbə körpələr evi-uşaq bağçası, 80 yerlik
20. Masallı rayonu Səmidxan kənd körpələr evi-uşaq bağçası, 100 yerlik
21. Masallı rayonu Mahmudavar kənd uşaq bağçası, 60 yerlik
22. Masallı şəhəri 4 saylı uşaq bağçası, 100 yerlik
23. Cəlilabad rayonu Muğan kənd tam orta məktəbi, 500 şagird yerlik
24. Cəlilabad rayonu Privolnoye kənd körpələr evi-uşaq bağçası, 100 yerlik
25. Yardımlı rayonu Yolocaq kənd körpələr evi-uşaq bağçası, 40 yerlik
26. Biləsuvar rayonu Əliabad kənd körpələr evi-uşaq bağçası, 40 yerlik
27. Şamaxı şəhəri M.Hadi adına 9 saylı tam orta məktəb, 800 şagird yerlik
28. Şamaxı şəhəri 2 nömrəli tam orta məktəb, 1180 şagird yerlik
29. Şamaxı şəhəri Şəhriyar qəsəbə tam orta məktəbi, 380 şagird yerlik
30. Şamaxı rayonu Quşçu kənd körpələr evi-uşaq bağçası, 40 yerlik
31. Füzuli rayonu Bala Bəhmənli kənd tam orta məktəbi, 624 şagird yerlik
32. Füzuli rayonu Əhmədbəyli kənd uşaq bağçası, 60 yerlik
33. Füzuli rayonu Mahmudlu-2 kənd uşaq bağçası, 60 yerlik
34. Bərdə şəhəri 4 saylı tam orta məktəb, 624 şagird yerlik
35. Tovuz rayonu Ş.İ.Xətai adına Köhnəqala kənd orta məktəbi, 480 şagird yerlik
36. Tovuz şəhəri A.Qasımov adına tam orta məktəb, 624 şagird yerlik
37. Tovuz rayonu Dondar Quşçu kənd tam orta məktəbi, 620 şagird yerlik
38. Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi, 1200 şagird yerlik
39. Qazax rayonu İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbi, 1176 şagird yerlik
40. Ucar rayonu Qarabörk kənd tam orta məktəbi, 420 şagird yerlik
41. Ucar şəhəri 6 saylı körpələr evi-uşaq bağçası, 80 yerlik
42. Salyan rayonu A.Əliyev adına Aşağı Kürkənd kənd tam orta məktəbi, 360 şagird yerlik
43. Salyan şəhəri 9 saylı körpələr evi-uşaq bağçası, 60 yerlik
44. Salyan rayonu Arbatan kənd tam orta məktəbi, 600 şagird yerlik
45. Neftçala rayonu Xıllı qəsəbə R.Gözəlov adına 1 saylı tam orta məktəbi, 864 şagird yerlik
46. Saatlı rayonu Orta Muğanlı kənd tam orta məktəbi, 432 şagird yerlik
47. Kürdəmir şəhəri H.Həsənov adına 7 saylı körpələr evi-uşaq bağçası, 40 yerlik
48. Ağdaş şəhəri B.Gözəlova adına 6 saylı körpələr evi-uşaq bağçası, 60 yerlik
49. Ağdaş şəhəri 5 saylı körpələr evi - uşaq bağçası, 80 yerlik
50. Ağdaş rayonu Yenicə kənd orta məktəbi, 420 şagird yerlik
51. Göyçay şəhəri C.Mövsümov adına 3 saylı körpələr evi - uşaq bağçası,40 yerlik
52. Göyçay şəhəri 8 nömrəli uşaq bağçası, 60 yerlik
53. Quba rayonu Birinci Nügədi kənd məktəbi, 792 şagird yerlik
54. Xaçmaz şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta məktəb, 1176 şagird yerlik
55. Mingəçevir şəhəri 13 saylı tam orta məktəb, 624 şagird yerlik
56. Zərdab şəhəri 2 nömrəli körpələr evi - uşaq bağçası, 120 yerlik
57. Ağsu rayonu Musabəyli kənd tam orta məktəbi, 132 şagird yerlik
58. Ağsu rayonu Pirhəsənli kənd uşaq bağçası, 60 yerlik
59. İsmayıllı rayonu Quşencə kənd uşaq bağçası, 40 yerlik
60. İsmayıllı rayonu İvanovka kəndində Uşaq bağçası kompleksi, 80 yerlik
61. Şəki rayonu Cəyirli kənd orta məktəbi, 432 şagird yerlik
62. Gədəbəy rayonu Qoşabulaq kənd 2 nömrəli tam orta məktəbi, 180 şagird yerlik
banner

Oxşar Xəbərlər