• cümə, 19 Aprel, 08:56
  • Baku Bakı 13°C

Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib

16.06.18 14:21 570
Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib
Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib.
Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov avtomobili iyunun 15-də rayon rəhbərliyinə təqdim edib.
Azərbaycan-Gürcüstan dostluğundan danışan Fuad Muradov xalqlarımız arasındakı münasibətlərin nümunə olduğunu, heç kimin bu əlaqələrə zərər vura bilməyəcəyini xüsusi qeyd edib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri hədiyyəyə görə Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna minnətdarlıq ediblər. Bu hədiyyəni Azərbaycan dövlətinin qayğısı kimi dəyərləndiriblər.
Qeyd edək ki, avtomobil bütün lazımi, müasir texniki avadanlıqla təmin olunub.
Avtomobil reanimasiya xidmətlərini də yerinə yetirməyə qadirdir.
F.Muradov yerli sakinlərlə də görüşüb, onların qayğıları ilə maraqlanıb.
banner

Oxşar Xəbərlər