Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil edib

Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil edib

Mədəniyyət
02 May 2019, 21:47 370
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Ağdamda konsert keçirilib.
Fonddan Trend-ə verilən məlumata görə, konsertdə xalq mahnıları, muğam ifaları və rəqslər təqdim edilib. Tanınmış müğənnilərlə yanaşı, gənc ifaçılar da tamaşaçılar qarşısında çıxış edib.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə sabah Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəran və Naxçıvanda konsertlər təşkil olunacaq. Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim ediləcək.